CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Milli Şuranın mitinqi keçirilib

© Sputnik / Fuad HasanovMüxalifətin Bakıda keçirdiyi mitinq, 10 mart 2018-ci il
Müxalifətin Bakıda keçirdiyi mitinq, 10 mart 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə baş tutub

BAKI, 10 mart — Sputnik. Milli Şura və Müsavat Partiyası Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) birgə mitinqi olub.

Sputnik Azərbaycan xəbər verir ki, mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış şəkildə baş tutub.

Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı açıqlamada bildirilir ki, martın 10-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib: "Saat 15.00-dan 17.00-dək davam edən toplantıda Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb".

Xəbər lenti
0