BAKI, 9 mart — Sputnik. Masazır qəsəbəsində qəribə hadisə baş verib.
Reklam lövhəsində yaranan problemi həll etmək üçün usta bir neçə metr hündürlüyə qalxmaq məqsədilə təhlükəli vasitədən istifadə edib.
Sputnik Azərbaycan xəbər verir ki, şahidlər görüntünü kameraya çəkərək sosial şəbəkələrdə paylaşıblar. Usta heç bir təhlükəsizlik qaydalarına əməl etmədən krandan tutaraq yuxarı qalxır və texniki problemi həll etməyə çalışır.