BAKI, 9 mart — Sputnik. ABŞ-da Şimali Karolina ştatı sahillərində 2017-ci ilin iyun ayında qəflətən meydana gələn Selli adası indi də yoxa çıxıb. Bu barədə Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir.
Alimlər bu hadisə ilə bağlı qəti bir fikir bildirməsələr də, güman edilir ki, güclü külək nəticəsində ada okean sularına qarışıb.
NASA tərəfindən fevralın 16-da adanın yoxa çıxmasının görüntüləri qeydə alınıb.
Qeyd edək ki, 2017-ci ilin avqust ayından 11 hektarlıq ərazini əhatə edən ada turist mərkəzinə çevrilmişdi.