ELM

Dövlət İmtahan Mərkəzi vətəndaşları xəbərdar edir

© Sputnik / Murad OrujovГосударственный экзаменационный центр
Государственный экзаменационный центр - Sputnik Azərbaycan
Abunə olmaq
İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaq

BAKI, 9 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-da növbəti SAT imtahanı keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər sabah saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaq. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq. İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasiləsiz).

SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı bu KEÇİDdən əldə etmək mümkündür.

Xəbər lenti
0