CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Bu küçədə hərəkət məhdudlaşdırılır

© Sputnik / Murad OrujovРемонт дороги, фото из архива
Ремонт дороги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məhdudlaşma qısa müddətlik tətbiq ediləcək

BAKI, 9 mart — Sputnik. Təbriz küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbrəi Anar Nəcəfli məlumat verib. O bildirib ki, asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin Əliyar Əliyev küçəsi ilə kəsişməsindən Ağa Nemətulla küçəsi ilə kəsişməsinədək olan hissəsində bu gecədən etibarən (9-dan 10 mart tarixinə geçən gecə) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məhdudlaşma qısa müddətlik tətbiq ediləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məhdudlaşma ilə əlaqədar yarana biləcək narahatlığa görə öncədən vətəndaşlardan üzr istəyir.

Xəbər lenti
0