BAKI, 9 mart — Sputnik. Bu gün paytaxtın Səbail rayonu Bayıl qəsəbəsinə su verilişində məhdudiyyət olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhəri Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar bu gün "20-ci sahə" yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.