BAKI, 8 mart — Sputnik. Avstraliyanın Yeni Cənubi Uels əyalətində bədbəxt hadisə yaşanıb. Qriffit şəhərinə yaxın xüsusi əkinçilik sahəsində yetişdirilən yemişdən yeyən 4 nəfər dünyasını dəyişib. 17 nəfər isə təcili xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən açıqlamaya görə, həmin yemişlərin tərkibində listeria bakteriyası aşkarlanıb. Rəsmilər sözügedən sahədə yetişdirilən yemişlərin hamısını bazarlardan toplayıb. Həmin yemişlərdən evə aparan ailələrə xəbərdarlıq edilib ki, onları dərhal zibil qutularına atsınlar.
Sputnik Azərbaycan NTV-yə istinadən xəbər verir ki, listeria bakteriyası daha çox uşaqlara və qadınlara pis təsir göstərir.