BAKI, 8 mart — Sputnik. PKK/YPG/PYD terror təşkilatının azyaşlı uşaqlardan istifadəsini sübut edən görüntülər yayılıb. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, fotoşəkillər Suriyanın Afrin şəhərində ələ keçib.
Şəkillər yeniyetmə uşaqların PKK-YPG tərkibində vuruşduğunu, təşkilatın onlara hərbi təlim keçdiyini sübut edir.
İnsan Haqları İzləmə Komitəsi də dəfələrlə bu məsələni gündəmə gətirib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birgə Afrində PYD-yə qarşı əməliyyat aparır. Əməliyyat nəticəsində indiyədək 2783 terrorçu məhv edilib.