Müəllimlərə silah gəzdirməyə icazə verilir

© Photo : ЦОС ФСБ РФ / Mediabanka keçidПистолет с патронами, фото из архива
Пистолет с патронами, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qanun müəllimlərə və məktəbin digər əməkdaşlarına silah gəzdirməyə icazə verir

BAKI, 8 mart — Sputnik. ABŞ-ın Florida ştatının nümayəndələr palatasının qəbul etdiyi qanun layihəsi silah alınması qaydalarını dəyişdirir.

Sputnik Azərbaycan-ın məlumatına görə, yeni qanun müəllimlərə və məktəbin digər əməkdaşlarına silah gəzdirməyə icazə verir. Silah almaq üçün aşağı yaş həddi də dəyişdirilib. İndi silah ala bilmək üçün azı 21 yaşın olmalıdır. Bundan əlavə silah alarkən 3 günlük gözləmə müddəti olacaq. Məqsəd insanların qəzəbli şəkildə və ya affekt vəziyyətində silah almasına imkan verməməkdir.

Qanunun qüvvəyə minməsi üçün onu qubernator Rik Skott təsdiq etməlidir.

Bu ilin fevral ayında Floridada məktəbdə baş vermiş atışmada 17 nəfərin həlak olması ABŞ-da yenidən silah gəzdirmənin qadağan edilməsini gündəmə gətirib.

Xəbər lenti
0