Azərbaycan əsgərlərinə şad xəbər

© Photo : STRN saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli
N saylı hərbi hissənin əsgərləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 20-də "Açıq qapı" günü keçiriləcək

BAKI, 8 mart — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü keçiriləcək.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

"Açıq qapı" günündə hərbi hissələrin komandanlığının valideynlərlə görüşləri təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

Xəbər lenti
0