Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Arşın mal alan"ın Asyası

© Photo : Public domainXuraman Hacıyeva
Xuraman Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Xuraman Hacıyeva Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində oxuyarkən "Arşın mal alan" filmində Asya roluna çəkilib

BAKI, 7 mart — Sputnik. Azərbaycanlı aktrisa Xuraman Hacıyeva 7 mart 1945-ci ildə Bakıda doğulub. 

Orta məktəbdən dram dərnəklərində iştirak edib. 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda rejissor Tofiq Tağızadənin "Arşın mal alan" bədii filmində Asya roluna çəkilib. 

1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və buradakı Dövlət Dram Teatrıda aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. Gəncə teatrında maraqlı rollar qalereyası yaradıb. 

1972-ci ildə Gənc Tamaşaçılar Teatrının (GTT) truppasına daxil olub. Bir müddət Naxçıvan DMDT-də aktrisalıq edərək (1998-2001) və maraqlı rollar yaradaraq yenidən GTT-yə qayıdıb.

GTT-də oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç), Humay, Ceyran ("Komsomol poeması" və "Çaloyna", İsgəndər Coşqun), Firəngiz ("Məhəbbət novellası", Şamil Xurşud və Əşrəf Hacıyev), Yetər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Mərcan, Şirin ("Mənim nəğməkar bibim" və "Yazığam, sevmə məni", Əkrəm Əylisli), Cəvahir xanım, Nəzakət ("Büllur sarayda" və "Sən həmişə mənimləsən", İlyas Əfəndiyev), Səkinə ("Ərizə", Əli Əmirli), Zərnigar ("Sınaq pillələri", Ramiz Heydər), Nərgiz ("Bir sahilin adamları", Xalidə Hasilova), Pəri ("Kiçik təpə", Nəbi Xəzri), Sona xanım ("Qonşu qonşu olsa…", Rəşid bəy Əfəndiyev) səhnə obrazları aktrisanın yaradıcılıq nailiyyətləri sayılır.

Teatrdakı fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti (9 fevral 1979) və xalq artisti (28 oktyabr 2000) fəxri adlarına layiq görülüb.

15 fevral 2005-ci ildə Bakıda vəfat edib.

Xəbər lenti
0