Suriyada yaşanan olaylar dünyada şok effekti yaradıb

© REUTERS / Abdalrhman Ismail / Mediabanka keçidSuriya, Əl-Bab
Suriya, Əl-Bab - Sputnik Azərbaycan
Abunə olmaq
"Bəşər Əsədin qəddarca hədəfə aldığı Şərqi-Quta bölgəsində yüzlərlə insan bombalardan qorunmaq üçün yerin altında yaşayır"

BAKI, 7 mart — Sputnik. BMT-nin Uşaq Fondu (UNICEF), 2018-ci il 1 yanvar tarixindən etibarən Suriyada ən azı min uşağın həyatını itirdiyini açıqlayıb. BMT rəsmisinin dediyinə görə, Suriyanın Şərqi-Quta bölgəsində törədilən bombardımanlardan qorunmaq üçün yerin altında yaşamaq adi hal alıb.

"Bəşər Əsədin qəddarca hədəfə aldığı Şərqi-Quta bölgəsində yüzlərlə insan bombalardan qorunmaq üçün yerin altında yaşayır", — məlumatda bildirilir.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə BMT Miqrasiya Agentliyinin bayrağına sarılmış iki uşaq cəsədinin fotoşəkilinin yayılması ciddi reaksiyaya səbəb olub.

Xəbər lenti
0