BAKI, 7 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyaya ayırdığı məbləğ açıqlanıb. xərcləyib.
Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Putinin seçki kampaniyasına 347 milyon rubl (61 milyon 31 min 18 dollar, yaxud 10 milyon 375 min 300 manat) xərclənib. Məlumatı Rusiya Mərkəzi Seçki Komissiyası yayıb.
Ayrılan vəsaitin çoxu çap və təbliğat materiallarının hazırlanmasına xərclənib. Prezidentin seçki fonduna 407,5 milyon rubl daxil olub. Qanuna əsasən, seçkiqabağı kampaniyaya maksimum 400 milyon rubl (11 milyon 960 min manat) xərclənə bilər. Qalan maliyyə vəsaiti göndərənə qaytarılır.
Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 18-də keçiriləcək.