Amerikanın bölgəmizə yönəlik yeni təhlükəli planı üzə çıxdı

© REUTERS / Khalil AshawiAfrində Türkiyə tərəfdarı döyüşçülər
Afrində Türkiyə tərəfdarı döyüşçülər - Sputnik Azərbaycan
Abunə olmaq
"İŞİD-in adından istifadə edilərək Suriyada bəzi ssenarilər işə salına bilər"

BAKI, 7 mart — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Suriyada PYD/YPG terrorçularına qarşı başlatdığı "Zeytun budağı" əməliyyatı ilə bütün planları pozulan Amerika İŞİD "kartını" yenidən işə salmağa çalışır. Sputnik Azərbaycan "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə hökumətindəki mənbə məlumat verib.

Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Türk ordusu bu dəfə İraq sərhədlərinə dayanacaq - ƏMR

"ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) "Afrin əməliyyatı İŞİD-lə mübarizəyə mənfi təsir edir" açıqlamasının kökündə də məhz bu plan durur. Çünki TSQ və Azad Suriya Ordusunun uğurlu əməliyyatları davam edərkən, uzun müddətdir yoxa çıxan İŞİD necə oldusa, qəfildən Kərkükdə, Ankarada və Samsunda görünməyə başladı. İlk öncə Kərkükdə terror aktları törədildi, daha sonra ABŞ-ın Ankaradakı səfirliyinə hücum planı hazırlayan İŞİD üzvləri Samsunda polisin uğurlu əməliyyatı ilə ələ keçdi", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, proses Amerikanın Suriyadakı müttəfiqi olan PYD terror təşkilatının açıqlamasından sonra başlayıb: "Təşkilat İŞİD-lə "savaş"ın müvəqqəti dayandığını, döyüşçülərin Türkiyəyə qarşı vuruşmaq üçün məcburən Afrinə yollandığını bildirdi. Halbuki hazırda Suriyada savaşılacaq İŞİD mənsubu qalmayıb".

Ankarada isə ABŞ-ın bu iyrənc planından xəbərdardırlar. Baş nazirin müavini Bekir Bozdağ deyib ki, İŞİD-in adından istifadə edərək çirkin oyunlar planlaşdırılır: "İŞİD-in adından istifadə edilərək Suriyada bəzi ssenarilər işə salına bilər. Biz bunun ilk qığılcımlarını artıq görməkdəyik".

Xəbər lenti
0