Rusiya XİN: ABŞ seçkiqabağı proseslərə müdaxilə edir

© Sputnik / Vladimir Pesnya / Mediabanka keçidRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada prezident seçkiləri martın 18-i keçiriləcək

BAKI, 6 mart — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Rusiyada seçkiqabağı proseslərə müdaxilə etdiyini açıqlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

"Son illərdə daxili proseslərimizə müdaxilə etmək üçün əlbəttə ki, aktiv cəhdlər olur. Bu, özünü Rusiyada prezident seçkilərinin keçirilməsinə hazırlıqda da göstərir. Buna Xarici İşlər Nazirliyi nəzarət edir. Əlbəttə ki, başqa qurumlar da məşğul olur", – deyə o bildirib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-i keçiriləcək.

Xəbər lenti
0