Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq “Zeytun budağı” əməliyyatının məqsədini açıqladı

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin bu əməliyyatları aparmaqda iki məqsədi var

Elxan Şahinoğlu: “Türkiyənin məqsədi terrorçuları sərhədindən uzaqlaşdırmaqdır”
““Zeytun budağı” əməliyyatı Suriyanın bütün şimalı boyu, İraqla sərhədə qədər davam edəcək”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, əməliyyat yeni başlayanda Türkiyənin baş naziri Binəli Yıldırım iki həftə davam edəcəyini bildirmişdi: “Türkiyənin bu əməliyyatları aparmaqda iki məqsədi var. Türkiyə istəyir ki, terrorçuları sərhədindən uzaqlaşdırsın, həmçinin PKK və PYD-ni mümkün qədər neytrallaşdırsın. Digər məqsədi isə, terorçulardan azad olunmuş şəhərlərin sakinlərini öz evlərinə qaytarmaqdır. Təbii, əsas məqsəd odur ki, PKK və PYD-nin fəaliyyət imkanları məhdudlaşdırılsın”.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb.

Xəbər lenti
0