BAKI, 6 mart — Sputnik. "Milli Şura martın 10-a mitinq təyin etməklə seçki qanunvericiliyini pozub". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev deyib.
O bildirib ki, seçkiqabağı təşviqat martın 19-da başlayır: "Martın 19-da təşviqat başlayandan sonra nə qədər istəyirlərsə, mitinq keçirsinlər".
Millət vəkili qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinq müraciətinə müsbət cavab verməməlidir: "Əks təqdirdə bu, qanun pozuntusu ola bilər. Elə bilərsiniz, nədənsə narahatam. Xeyr! Sadəcə qanunlara hörmət tələb edirəm".