BAKI, 6 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində martın 20-dən etibarən dərs olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.