CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Birinci vitse-prezident vətəndaşları sevindirdi

© Official website of President of Azerbaijan RepublicBirinci vitse-prezident Mehriban Əliyeva Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - Sputnik Azərbaycan
Abunə olmaq
Mehriban Əliyeva Maştağada sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışında iştirak edib

BAKI, 6 mart — Sputnik. Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva açılışda iştirak edib.

© Official website of President of Azerbaijan RepublicBirinci vitse-prezident Mehriban Əliyeva Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib - Sputnik Azərbaycan
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçasının yeni binasının açılışında iştirak edib

Birinci vitse-prezident Mehriban Əliyeva yeni binanın rəmzi açılışını bildirən lenti kəsib, körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1942-ci ildən 5 qrup ilə fəaliyyət göstərib. Bağça sanatoriya tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında bu məktəbəqədər təhsil müəssisəsinin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanıldı. Artıq ikimərtəbəli yeni binada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrupdan ibarət, müasir tələblərə cavab verən körpələr evi-uşaq bağçası fəaliyyət göstərəcək. 120 yerlik bağçada 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 47 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edəcək.

Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.

Xəbər lenti
0