CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda daha bir sürüşmə, evlər uçub

© Sputnik / Taleh MahmudovSürüşmə
Sürüşmə - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, ərazidə uzun müddətdir ki, sürüşmə aktiv fazadadır

BAKI, 6 mart — Sputnik. Hökməlidə Nübar qəsəbəsində sürüşmə aktivləşib. Belə ki, artıq ərazidə iri həcmli çatlar əmələ gəlməyə başlayıb. Sputnik Azərbaycan-ın əməkdaşı xəbər verir ki, çat düşmüş evlər artıq uçub.

Qeyd edək ki, ərazidə uzun müddətdir ki, sürüşmə aktiv fazadadır. Mütəxəssislər bunu yamacın kəsilib, yeni tikililərin salınması ilə izah edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov qeyd edib ki, son zamanlar Zığda, Masazır və Nübar qəsəbələrində təbii və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə olunur.

Xəbər lenti
0