BAKI, 6 mart — Sputnik. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bir qrup əməkdaşı prezident İlham Əliyevə bu təhsil ocağına göstərilən diqqətə görə minnətdarlığını bildirib. Sputnik Azərbaycan bu barədə prezidentin rəsmi saytına istinadən məlumat verir.
Müraciətdə deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ulu öndər Heydər Əliyevin Sərəncamına əsasən 17 ildir fəaliyyət göstərir. Bu müddət ərzində biz hər zaman Sizin diqqətinizi, qayğınızı öz üzərimizdə hiss etmişik. Fəxri adlara görə aylıq təqaüdlərin artırılması haqqında Sərəncamınızda bu qayğını yenidən hiss etdik.
Akademiyanın professor-müəllim heyəti bizə göstərdiyiniz diqqətə və qayğıya görə Sizə dərin minnətdarlığını bildirir.
Akademiyanın müəllim, tələbə və işçi heyəti Sizin siyasətinizə daim dəstək göstərir. Sizi əmin edirik ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik.
Hörmətlə,
Eldarov Ömər Həsənoviç
Salayev Fuad Məmməd Emin oğlu
Məmmədov Səlhab İsa oğlu
Hüseynov Cəlil Qafar oğlu
Ağabəyov Mayis Əlişir oğlu
Ağababayev Tofiq Məmmədəli oğlu
Müfidzadə Cəmil Miryusif oğlu
Məmmədov Tokay Həbib oğlu
Əliyev Natiq Kamal oğlu, Xalq rəssamları və başqaları (cəmi: 30 nəfər)".