Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda böyük faciə: Altı nəfərin meyiti tapıldı

© Sputnik / Murad OrujovВъезд в город Сумгайыт
Въезд в город Сумгайыт - Sputnik Azərbaycan
Abunə olmaq
Qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər

BAKI, 5 mart — Sputnik. Sumqayıtda bir ailənin 6 üzvü dəm qazından boğulub. Sumqayıt Şəhər Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasova dəm qazından boğularaq ölüblər.

Lənkəran rayon mərkəzi xəstəxanası - Sputnik Azərbaycan
HADİSƏ
Beş nəfər dəm qazından zəhərləndi, biri uşaqdır

Məlumata görə, hadisə hamamda quraşdırılan suqızdırıcı sobadan ("pitiminutka") qaz sızması səbəbindən baş verib. Prokurorluqdan o bildirilib ki, həmin ailə qeyri-yaşayış sahəsi olan yarımzirzəmidə məskunlaşıbmış. Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq — ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, qonşular polisə şikayət edərək bir neçə gündür mənzildən pis qoxunun gəldiyini bildiriblər. Bundan sonra hüquq-mühafizə orqanları hadisə yerinə gəlib. Sülh küçəsində yerləşən həmin mənzildə 6 nəfərin meyiti aşkar edilib.

Sumqayıt Şəhər Polis İdarəsindən məlumat təsdiqlənib və bildirilib ki, hazırda işlə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin sözlərinə görə, həmin şəxslər bir ailənin üzvləri olub: "Faktla bağlı Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkəralıq; ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam etdirilir".

Xəbər lenti
0