Türkiyəni qarışdıracaq sensasiyalı açıqlama

© Photo : Facebook / Celal ŞengörCelal Şengör
Celal Şengör - Sputnik Azərbaycan
Abunə olmaq
Fatih Altaylı professor Şengörün Sultan Süleyman haqda "axmaq" kəliməsini qəsdən işlətdiyini iddia edib

BAKI, 5 mart — Sputnik. "Piri rəis kimi dahi bir şəxsiyyətin ən böyük bədbəxtçiliyi Qanuni Sultan Süleyman kimi bir axmağın dövründə yaşaması olub".

Sputnik Türkiyə xəbər verir ki, bu sensasiyalı açıqlamanı İstanbul Texniki Universitetinin professoru Celal Şengör "Dünyanın ilk atlası" kitabının təqdimatında deyib. Daha sonra işlətdiyi bu ifadəyə görə üzr istəyən professor onun sözlərini mətbuatda yayan jurnalistlərə sərt reaksiya göstərib.

"Mən bir də mətbuat qarşısında heç nə danışmayacağam. Nə qəzet, nə də televiziya. Bitdi", — Celal Şengör deyib.

Kitabın təqdimat mərasimində iştirak edən tanınmış yazıçı-jurnalist Fatih Altaylı professor Şengörün Sultan Süleyman haqda "axmaq" kəliməsini qəsdən işlətdiyini iddia edib. "O, bunu şüurlu şəkildə etdi. Bəlkə də kitaba marağın artması üçün belə elədi", — F.Altaylı qeyd edib.

Xəbər lenti
0