CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mirşahinin yaratdığı yeni TV lisenziya aldı

© Sputnik / Fuad HasanovMirşahin Ağayev
Mirşahin Ağayev - Sputnik Azərbaycan
Abunə olmaq
“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib

BAKI, 5 mart — Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Sputnik Azərbaycan MTRŞ-yə istinadla məlumat verir ki, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb.

MTR-nın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.

Qeyd edək ki, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ("Real" TV) baş direktoru Mirşahin Ağayevdir.

Xəbər lenti
0