BAKI, 5 mart — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı metorusunda qatarların hərəkətində gecimkə müşahidə edilib.
"Bakı Metropoliteni" QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Sputnik Azərbaycan-a açıqlamasında yaranmış problemin artıq aradan qaldırıldığını bildirib.
"Nəriman Nərimanov stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş vermişdi. Amma artıq problem həll edilib. İndi sıxlıq yoxdur. Stansiyalarda problem aradan qaldırılıb", — qurumun sözçüsü qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarında metronun hərəkətində ləngimə müşahidə edilib. Ləngimə səbəbindən, demək olar ki, bütün stansiyalarda sıxlıq yaşanıb. Problem hərəkətin pik vaxtında baş verdiyi üçün sıxlığın həcmi daha da artıb. İşə, məktəbə tələsən sərnişinlər dəqiqələrlə yubanmalı olublar.