Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı

© Photo : Instagram / fatimaabaskulievaАзербайджанская актриса и певица Фатима Абаскулиева
Азербайджанская актриса и певица Фатима Абаскулиева - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvada yaşayan azərbaycanlı aktrisa onu seksual təcavüzə məruz qoyan rejissorun digər qurbanlarını axtarır

BAKI, 5 mart — Sputnik. Rusiyanın xalq artisti Mark Rozovski tərəfindən zorlandığını iddia edən azərbaycanlı aktrisa və müğənni Fatimə Abbasquliyeva rejissor tərəfindən təcavüzə məruz qalan həmkarlarını axtarır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktrisa özünün "Instagram" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Məsum Fatimə Abbasquliyeva - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni-aktrisadan şok etiraf: "Xalq artisti mənə təcavüz etdi"

O, izləyicilərinə müraciətlə yazıb: "Qızlar, qadınlar, həmkarlar, əgər kimsə Mark Rozovskinin seksual xarakterli hərəkətləri ilə üzləşibsə, mənə yazsın. Biz dünyanı birlikdə dəyişdirəcəyik".

"Reytinqi kim yaradır — xalq, insanlar. Sizin zamanınız gəlib! İndi ola bilsin, incəsənətdəki bütün çirkaba bulaşmış adamlar məni məhv etmək üçün birləşəcəklər. Oturub bunu sakitcə seyr etmək olmaz. Mən sizinləyəm və yalnız siz Rozovski ilə nə etmək lazım gəldiyinə qərar verə bilərsiz. Mən SSRİ-də doğulmuşam", — deyə Abbasquliyeva bildirib.

 

Müğənni dediklərinin həqiqət olduğunu sübuta yetirmək və Mark Rozovskini cəzalandırmaq üçün axıradək getmək niyyətindədir.

Qeyd edək ki, Mark Rozovski təcavüz faktını təkzib edir və bunun aktrisanın uydurması olduğunu deyir.

Fatimə Abbasquliyeva Azərbaycanda doğulub. Erkən yaşlarından oxumağa başlayıb. On beş yaşında "Miss Azərbaycan" titulunun sahibi olub. 17 yaşında Azərbaycanın müstəqil musiqi mükafatı olan "Qızıl mikrofon"un iki nominasiyada qalibi olub. Onu vətənində "Azərbaycanın Lolitası" adlandırırlar. 19 yaşında o, vətənində hər şeyi buraxıb Moskvanı fəth etməyə gedib.

Moskvada Rusiya Teatr Sənəti Universitetinə daxil olub və Mark Rozovski ilə də orada tanış olub. Aktrisa bu günlərdə "Rossiya 1" telekanalının Andrey Malaxovun aparıcısı olduğu "Pryamoy efir" ("Birbaşa efir") verlişinin qonağı olub və orada 12 il əvvəl Rusiyanın Xalq artisti Mark Rozovski tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Mark Rozovski Rusiyanın məşhur teatr rejissoru, dramaturq, ssenari müəllifi, bəstəkar, yazışı, şair və "U Nikitskix vorot" teatrının bədii rəhbəridir.

Xəbər lenti
0