BAKI, 5 mart — Sputnik. İsa peyğəmbərin görünüşü ikonalarda çəkilən kimi olmayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu London Kral kollecinin professoru Con Teyler deyib. O, özünün "İsa peyğəmbər necə olub" adlı kitabında bu haqda geniş informasiya verib.
Professor bildirir ki, peyğəmbər orta boylu, arıq, bığlı və saqqallı bir kişi olub. İngiltərəli alimin araşdırmasına görə, İsa peyğəmbərin 1 metr 70 sm boyu olub, bu da o dövrün kişiləri üçün orta boy sayılıb.
Kitabın müəllifi qeyd edir ki, peyğəmbər uzun saç saxlamayıb. Əksinə gigiyenaya fikir verib və qısa saçlı olub. Çox səyahət etməyi, hərəkətdə olmağı onun çox arıq olmasına səbəb olub. İsa Məsih fiziki cəhətdən də güclü biri imiş.