BAKI, 5 mart — Sputnik. Ermənistanda elektrik enerjisinin pulunu ödəməyən vətəndaşı evinə verilən enerjinin dayandırılmasının qarşısını almaq üçün Ermənistan Atom Elektrik Stansiyasını minaladığı barədə yalan informasiya verib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə respublika polisinin analitika, informasiya və KİV-lə əlaqələr şöbəsinin rəisi Edqar Canoyan məlumat verib.
"Bazar günü səhər 49 yaşlı kişi Fövqəladə Hallar Nazirliyinin 911 xidmətinə müraciət edərək AES-də partlayış olacağını deyib. Bu barədə informasiya Metsamor polis şöbəsinə ötürülüb", – deyə Canoyan bildirib.
Onun sözlərinə görə, yalançı “terrorçu” onu həbs etməyə gələn polis əməkdaşlarına etiraf edib ki, ondan istifadə etdiyi elektrik enerjisinin pulunu ödənilməsinin tələb edildiyini, əks halda elektrik verilməsinin kəsiləcəyi ilə bağlı xəbərdarlıq aldığı üçün bu addımı atıb.
Qeyd edək ki, terror aktı haqqında yalan məlumata görə ən ağır cəza 3 il müddətinə azadlıqdan məhrum edilmədir.