BAKI, 5 mart — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2018-ci ilin fevral ayı ərzində 364,1 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu, 2018-ci ilin yanvar ayındakı və 2017-ci ilin fevral ayındakı satışlar ilə müqayisədə çoxdur.
ARDNF-dən "Marja"ya verilən məlumata görə, Dövlət Neft Fondu tərəfindən 2018-ci ilin yanvar ayı ərzində 299,1 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Neft Fondu 2017-ci ilin fevral ayı ərzində valyuta hərraclarında 258,4 milyon dollar satmışdı.