CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəbrindən çıxarılan bəstəkarın xanımı: “Qərarımı dəfn mərasimində verdim”

© Photo : Milli.azBəstəkar Tahir Əkbər
Bəstəkar Tahir Əkbər - Sputnik Azərbaycan
Abunə olmaq
“Bilməmişdim ki, onu qamışlıqda, boş ərazidə dəfn edəcəklər”

BAKI, 5 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 2-də dünyasını dəyişən tanınmış bəstəkar Tahir Əkbərin məzarı dəyişdirilib. Sənətkarın nəşi anası Samaya Əkbərovanın məzarının yanına köçürülüb. Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi mərhumun "Qurd qapısı"nda dəfn olunacağı barədə ailəsinə məlumat verib. Lakin Tahir Əkbər başqa bir məzarlıqda torpağa tapşırılıb.

Şamaxı rayonundakı qəbristanlıqlardan birində qəbir daşları oğurlanıb - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda tanınmış bəstəkar qəbirdən çıxarıldı

Bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər açıqlamasında bildirib ki, o bəstəkarın xanımı kimi Bəstəkarlar İttifaqı və Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib.

"Sağ olsunlar, kömək etdilər. Amma Tahir müəllimi “Qurd qapısı”nda deyil, layiqsiz yerdə gördüyümə görə onun məzarını dəyişdirdim. Çünki həmişə zarafatyana deyərdi ki, məni xidmətlərimə görə, 2-ci Fəxri Xiyabanda dəfn edərlər. Onun Azərbaycan incəsənətinə xidmətini danmaq olmaz. Mən öz qərarımı dəfn mərasimində verdim. Vəssalam. Səhər durub öz borcumu yerinə yetirdim. Nazirlikdən mənə deyilmişdi ki, Badamdarda basdırılacaq. Bilməmişdim ki, onu qamışlıqda, boş ərazidə dəfn edəcəklər. Əlavə bir şərhə ehtiyac varmı? Hamısı göz qabağındadır", – deyə Aybəniz xanım bildirib.

Mədəniyyət və Turizm Nazirliyi də bəstəkar Tahir Əkbərin ailəsinin ittihamlarına cavab verib.

Nazirlikdən bildirilib ki, dəfn və vida mərasimi ilə bağlı təşkilati məsələləri həyata keçiriblər: "Təzə Pir məscidində keçirilən vida mərasimində nazir Əbülfəs Qarayev şəxsən iştirak edib, mərhumun yaxınlarına başsağlığı verib. Dəfn üçün yerin ayrılması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin müraciəti olub və bu müraciət əsasında Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılıb. Mərhum bəstəkarın məzarının yerinin dəyişdirilməsi yəqin ki, ailəsinin qərarı ilə olub. Tahir Əkbərin əziz xatirəsini ehtiramla yad edir və ona Allahdan rəhmət diləyirik".

Xəbər lenti
0