CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bu sahədə işləyənlərə xeyli maddi vəsait ayırdı

Abunə olmaq
İlham Əliyev arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə subsidiya müəyyən etdi

BAKI, 5 mart — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətində ildə 10 manat məbləğində subsidiya müəyyən edilib.

Nazirlər Kabinetinə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydasını, Azərbaycan prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etmək, Kənd Təsərrüfatı Nazirliyinə isə Dövlət Statistika Komitəsi ilə birlikdə arı ailələrinin ilin əvvəlinə və sonuna sayı, verilmiş subsidiyanın məbləği, habelə bal istehsalı həcminin dinamikası barədə sərəncamın 1-ci hissəsində nəzərdə tutulan müddətdə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat təqdim etmək, yüksək məhsuldar bal arılarının yetişdirilməsi və arıçılıq məhsullarının istehsalının artırılması üçün arıçılıqda seleksiya-damazlıq işinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görmək tapşırılıb.

Xəbər lenti
0