Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təcili yardım xəstəni sağaltmaq əvəzinə bir nəfəri də yaralayıb

Abunə olmaq
Şəmkirdə xəstəni aparan təcili tibbi yardım maşını qəza törədib, 1 nəfər xəsarət alıb

BAKI, 3 mart — Sputnik. Şəmkirdə təcili tibbi yardım maşını qəza törədib.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb. Kənd sakini Tural Məmmədov evdə təmir işləri aparan zaman partlayış baş verib və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “QAZ 31” markalı avtomobillə toqquşub. Qəza zamanı H.Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.  

Xəbər lenti
0