BAKI, 3 mart — Sputnik. "Forbes" jurnalının hər il hazırladığı "Ən zəngin 100 türk" siyahısı açıqlanıb.
Sputnik Azərbaycan "Hürriyet"ə istinadla xəbər verir ki, Murat Ülkər 4.7 milyard dollarlıq sərvəti ilə ilk sırada yer alarkən, siyahıda ictimaiyyətin o qədər də tanımadığı sürpriz adlar peyda olub. Bunlardan ən diqqətçəkən isim "gizli milyarder" Fatma Tuba Yazıçı olub.
1 milyard 100 milyon dollarlıq sərvəti ilə Türkiyənin ən zəngin 100 nəfəri arasında 35-ci sırada olan Fatma Tuba Yazıcı "Diler" Holdinqin sahibidir. O, həyat yoldaşının ölümündən sonra 36 yaşında holdinqin rəhbəri olub.
Mediadan uzaq olduğu üçün Fatma Tuba Yazıçı "Forbes" tərəfindən "gizli milyarder" adlandırılıb.