ABŞ prezidenti təhlükəli xəstəliyin astanasında imiş

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Tramp hər gün naharda McDonalds-dan 4 qamburger yeyirmiş

BAKI, 3 mart — Sputnik. ABŞ prezidenti Donald Tramp ayaqüstü qidaları çox sevir. Lakin prezidentin səhhətində yaranan bəzi problemlərdən sonra həkim müvəqqəti olaraq ayaqüstü qidalardan uzaq olmağı məsləhət görüb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Ağ Evin baş həkimi Ronni Cekson Donald Trampı müayinə edib. Aydın olub ki, prezident artıq çəkidən əziyyət çəkir. Belə ki, Tramp 190 sm boyla 108 kilo çəkiyə sahibdir. 400 qram da artarsa, piylənmədən əziyyət çəkəcək.

Həkim ona yağlı və kalorili yeməklərdən uzaq olmağı məsləhət görüb. Eyni zamanda fiziki hərəkətlər çox etməyi, idman etməli olduğunu dilə gətiriblər.

Qeyd edək ki, Donald Tramp hər gün naharda McDonalds-dan 4 qamburger yeyirmiş.

Xəbər lenti
0