Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq İranın Suriya siyasətindəki pərdəarxası məqamlarını izah edir

© Sputnik / Murad OrujovПятидесятое заседание Клуба политологов "Южный Кавказ"
Пятидесятое заседание Клуба политологов Южный Кавказ - Sputnik Azərbaycan
Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, İranın Suriyada başqa hədəfləri var

Elxan Şahinoğlu: “Suriyadakı əməkdaşlıq çat verə bilər”
“İran Türkiyənin apardığı əməliyyatlardan narahatdır”. Bunu  Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a açıqlamasında deyib.

“İran Bəşər Əsəd rejimini illərdir dəstəkləyir. Türkiyənin Afrində apardığı əməliyyatlardan narahat olan İran bunu açıq şəkildə dilə gətirir. Həmçinin İranın Suriyada başqa hədəfləri var. Halbuki Rusiyanın mövqeyi də ortadadır və Türkiyənin əleyhinə heç bir açıqlama verməyib. Rusiya Türkiyənin planlarına dəstək verməsə də, mane də olmur. Mümkündür ki, gələcəkdə Suriya məsələsində İran-Türkiyə-Rusiya əməkdaşlığı çat versin”, — deyə o bildirib.

Xəbər lenti
0