BAKI, 3 mart — Sputnik. Paytaxtın Binəqədi rayonu A.Kunanbayev, M.Davudoğlu küçələri, 4-cü qapı-Binəqədi yolu, Suraxanı rayonunda isə Etibar Bəkirli küçəsi-Zığ yolunda aparılan təmir işləri çərçivəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən 50 dayanacaq məntəqəsi təşkil edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunlardan da 27-də pavilyon quraşdırılıb. Məqsəd, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi, həmçinin, sərnişindaşımada keyfiyyətin artırılmasıdır.