BAKI, 3 mart — Sputnik. ABŞ-da naməlum şəxs Ağ Evin yanında özünə atəş açıb. Sputnik Azərbaycan-ın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Məxfi Xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, hadisə Ağ Evin şimal hasarının yanında baş verib. Naməlum şəxs tapançadan özünə atəş açaraq yaralayıb.
İnsident araşdırılır.