BAKI, 3 mart — Sputnik. Göyçay şəhərində 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.
"Report"un məlumatına görə, valideynlərinin nəzərətindən uzaq olan 2 yaşlı Kazımova Məryəm içərisi qaynar südlə dolu qazana düşüb.
Nəticədə körpə ağır yanıq xəsarətləri alıb.
Körpə dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıdakı Yanıq Mərkəzinə çatdırılıb. Hazırda körpənin vəziyyətinin ağır olduğu bildirilir.