BAKI, 3 mart — Sputnik. Dünən Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu haqda hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkələrdə məlumat verib.
O iddia edir ki, qızının iş otağına bir nəfər daxil olub, qızının çantasından pulunu və bütün sənədlərini oğurlayıb: "İş yerində quraşdırılmış kamera bütün prosesi çəkib. Video polisə təqdim olunub".