Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 2 mart — Sputnik. Zaqatala rayonunun Muxax kəndində arzuolunmaz hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü Hafiz Məmmədov yelləncək düzəltmək məqsədi ilə çardaqdan ip asıb. Sonra halqa şəkildə olan kəndirə oturaraq yellənərkən kəndir onun boğazına dolaşıb.
© Photo : Ailənin şəxsi arxivindənHafiz Məmmədov
![Hafiz Məmmədov Hafiz Məmmədov - Sputnik Azərbaycan](https://cdnn1.img.sputnik.az/img/41427/77/414277797_0:0:709:945_600x0_80_0_0_0f0468a8bd01ddc8f616ae35d74c2a73.jpg)
Hafiz Məmmədov
© Photo : Ailənin şəxsi arxivindən
Hadisə nəticəsində boğulan uşağı yaxınları təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.