BAKI, 2 mart — Sputnik. "Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın zamanı zəhərlənmiş şəxslər bu gün səhər saat 07:10, 07:18 və 08:48 radələrində bizim şöbəyə təcili yardım maşınlarında gətirilib".
Bunu "Report"a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, xəstələr 48 yaşlı Vüqar Kərimov, 35 yaşlı Kamal Nadirov və 35 yaşlı Rafiq Qafarov olublar: "Hər 3 xəstənin vəziyyəti kafi olub. Onların üçündə də yüngül dərəcəli tüstüdən zəhərlənmə olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və evə buraxılıb".