Regionlara qar yağıb

© Sputnik / Ilham AhmadovQəbələyə yağan qar
Qəbələyə yağan qar - Sputnik Azərbaycan
Abunə olmaq
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub

BAKI, 2 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən öncədən verilən məlumata görə, ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib.

Milli Hidrometeorologiya Departamentdən Sputnik Azərbaycan-a verilən məlumata görə, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib. Düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan MR-da 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi-Aran rayonlarında və Lənkəran-Astara zonasında 0-1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21, Xaltanda 1 sm olub.

Xəbər lenti
0