BAKI, 2 mart — Sputnik. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı başsağlığı verib.
Sputnik Azərbaycan xəbər verir ki, məlumatı Qazaxıstan Prezidentinin Mətbuat xidməti yayıb.
“Qardaş Azərbaycan xalqının dərdini bölüşür, öz adımdan və Qazaxıstan xalqı adından ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – deyə başsağlığında qeyd edilir.
N.Nazarbayev hadisə nəticəsində xəsarət alan şəxslərin tezliklə sağalmasını arzulayıb.