Putinin müraciəti: Yeni silahlar və Rusiyanın inkişafı

© Sputnik / Mikhail Klimentyev / Mediabanka keçidЕжегодное послание президента РФ В. Путина Федеральному Собранию
Ежегодное послание президента РФ В. Путина Федеральному Собранию - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident açıq bəyan edib ki, SSRİ dağılandan sonra beynəlxalq aləm uzun müddət Rusiya ilə tərəfdaş qismində danışmaq istəməyib

BAKI, 2 mart — Sputnik. Rusiya prezidenti Vladimir Putin Federal Məclisə illik müraciətlə çıxış edib. Sputnik Azərbaycan xəbər verir ki, prezident müraciətində ölkənin gələcək inkişafı və təhlükəsizliyi mövzusuna toxunub.

Заместитель исполнительного секретаря правящей партии Ени Азербайджан (ПЕА) Сиявуш Новрузов - Sputnik Azərbaycan
RUSİYA
YAP icra katibinin müavini: "Putinin yenidən seçilməsi regionumuz üçün çox vacibdir"

Vladimir Putinin çıxışında Rusiyanın beynəlxalq aləmdəki yeni roluna, mövqeyinə xüsusi yer ayrılıb. Prezident açıq bəyan edib ki, SSRİ dağılandan sonra beynəlxalq aləm uzun müddət Rusiya ilə tərəfdaş qismində danışmaq istəməyib. O, artıq bu dövrün arxada qaldığını bildirib: "İqtisadiyyat, maliyyə, müdafiə sənayesi, orduda olan bütün problemlərə baxmayaraq, Rusiya ən böyük nüvə dövləti olaraq qalır. Yaddan çıxarmayın, bizimlə heç kim danışmaq istəmirdi. Bizə heç kim qulaq asmaq istəmirdi. İndi isə qulaq assınlar".

Putin çıxışı zamanı ölkənin hərbi sahədə əldə etdiyi bəzi nailiyyətlərdən danışıb. Onların arasında "Sarmat" raket kompleksi xüsusi yer tutur. Prezident bildirib ki, beşinci nəsil kompleks olan "Sarmat" hələ SSRİ-də hazırlanmış "Voyevoda"ları əvəz edəcək və hazırda aktiv sınaq dövründədir.

Strateji raket kompleksi hərəkətdə olan hədəflərin, o cümlədən dənizdəki hədəflərin vurulması üçün nəzərdə tutulub. Çoxpilləli qitələrarası ballistik raket NATO hava hücumundan müdafiə qüvvələrini dəf etmək qüdrətindədir. Raketin özünün kütləsi 200 tondur.

Vladimir Putin hipersəsdən tez "Kinjal" silahı barədə də danışıb. Bu silah 2017-ci il dekabrın 1-dən Cənub hərbi dairəsində növbəyə durub. Putin "Kinjal"ı mütləq silah adlandırıb: "Bu, müasir hipersəsdən tez aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və hipersəsdən tez raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

Rusiya prezidenti yeni yaradılan sualtı pilotsuz qayıqlardan da danışıb. Belə qayıqların hazırlanmasını "fantastika" adlandıran dövlət başçısı bildirib ki, bu qayıqlar çox dərinlikdə üzür, qitələrarası məsafəni qət edə bilir, bu zaman onların göstəricisi sualtı qayıqların göstəricisini bir neçə dəfə üstələyir: "Onların səssizdir, manevr imkanları yüksəkdir və düşmən onu tuta bilmir. Hələ onlara qarşı dura biləcək hərbi vəsaitlər hazırlanmayıb. Onlar adi və nüvə başlığı daşıya bilirlər. Bu da onlara çox fərqli hədəfləri, o cümlədən düşmənin aviadaşıyıcı qruplaşmalarını, sahil mühafizəsini və infrastrukturunu vurmağa imkan verir".

Rusiya prezidenti yeni hazırlanan "Avanqard" raket sistemi barədə danışaraq, onun artıq kütləvi şəkildə istehsal edildiyini vurğulayıb: "Bu, Rusiyanın daha bir strateji silah növüdür. Biz onu "Avanqard" adlandırmışıq. Məlum səbəblərdən raketi tam olaraq göstərə bilmirik. Amma raket hazırlanıb və işləyir".

Raketin texniki xarakteri ilə bağlı tam məlumat verilmir. Amma ekspertlər bildirilər ki, "Avanqard" Amerika müdafiə raketlərini sürətinə görə 4 dəfə üstələyir.

Xəbər lenti
0