BAKI, 2 mart — Sputnik. Fövqəladə Hallar Nazirliyi Novruz Bayramı günlərində fövqəladə hallarla bağlı davranış qaydaları haqqında məlumat yayıb.
Sputnik Azərbaycan xəbər verir ki, Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarını bilmək vacibdir:
- bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;
- tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;
- tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;
- yandırılan şamlar nəzarətsiz qalmamalıdır.