BAKI, 2 mart — Sputnik. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunub.
BMT Baş Assambleyasının 46-cı sessiyasının 82-ci iclasında, Azərbaycanla yanaşı, keçmiş SSRİ-nin daha 7 respublikası (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Moldova, Ermənistan) BMT-yə qəbul edilib. Daha üç respublika — Litva, Latviya, Estoniya 1991-ci ilin dekabrında BMT-yə üzv olmuşdular.
Rusiya, Ukrayna və Belarus hələ SSRİ dövründən formal olaraq BMT-nin üzvü idi. Gürcüstan isə 1992-ci ilin iyulunda təşkilata qəbul olundu.