CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təklif: Azərbaycanda antibiotiklərlə bağlı qadağa tətbiq edilsin

CC0 / jarmoluk / DrugsDərman həbləri, arxiv şəkli
Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Tibb Universitetinin professoru həkim icazəsi olmadan antibiotiklərin satışının qadağan edilməsinin vacib olduğunu deyib

BAKI, 2 mart — Sputnik. “Azərbaycandakı apteklərdə antibiotiklərin reseptsiz satışını ləğv etmək lazımdır”.

Psixotrop maddə - Sputnik Azərbaycan
Azərbaycanlıları zəhərləyən dərman alverçisi saxlanıldı

Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikri Azərbaycan Tibb Universitetinin İkinci Uşaq Kafedrasının professoru Surxay Musayev Ümumdünya İmmunitet Gününə həsr olunmuş mühazirədəki çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkə əhalisi hər bir xəstəliyə qarşı antibiotiklərdən istifadə edir. Xüsusilə də yaz və qış aylarında Bakıda və regionlarda kəskin respirator viruslara yoluxurlar. Bu xəstəlik uzun müddət davam edəndən sonra sətəlcəmə (pnevmoniya) aparıb çıxarır.

"Elə bu səbəbdən də adamlar tez-tez antibiotiklərdən istifadə edir. Nəticədə orqanizm vərdiş alır və antibiotikdən təkrar istifadə edildikdə o, müalicəyə reaksiya vermir" – deyə həkim bildirib.

O qeyd edib ki, Avropada antibiotiklərin qəbulunu xüsusi komissiya izləyir. Bu komissiyanın icazəsi olmadan həkimlər pasientlərə antibiotik təyin edə bilməzlər. Musayev hesab edir ki, Azərbaycanda da həmin praktikanın tətbiq olunmasının vaxtı çatıb.

Dərman şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanın "səhiyyə naziri" sehrli dərman təklif edir

Onun sözlərinə görə, artıq qonşu Türkiyədə bununla bağlı qadağa tətbiq olunub. Professor etiraf edir ki, antibiotiklərin qəbulundan ümumiyyətlə imtina etmək olmaz. Sadəcə, bu dərmanların rasional, özü də yalnız həkim təyinatı əsasında istifadəsini məsləhət görür.

Həkim immuniteti təbii vasitələrlə qaldırmağı tövsiyə edib: "İnsanların yedikləri və içdikləri hər şey onların immunitetinə təsir göstərir. Ona görə də, düzgün qidalanmaya fikir vermək lazımdır".

Onun məsləhətinə görə, qida rasionuna süd məhsullarını, meyvə və tərəvəzləri daxil etmək lazımdır. Məhz onlar immunitetin formalaşmasında vacib rol oynayır.

Lakin azərbaycanlıların öz xüsusiyyətləri var. Burada yaşayan adamlar şirniyyatları yeməyi xoşlayırlar. Qeyd etmək lazımdır ki, qarşıdan milli bayramımız olan Novruz gəlir. Ona qədər də hər həftə çərşənbə axşamları qeyd olunur. Həmin günlərdə müxtəlif yeməklər və şirniyyatlar hazırlanır. Bunlar isə mədəaltı vəzə və sonra da digər orqanlara mənfi təsir göstərir. İmmunitet sistemini nəyin zəiflətdiyini bilmək lazımdır.

Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əhaliyə qanunsuz dərman satanlar həbs olundular

Musayevin sözlərinə görə, həmin qidalar uzunmüddətli bronxitə (iki həftədən artıq davam edən), burun-boğaz-qulaq nahiyəsində iltihabi proseslərə səbəb olur, hərarətin yüksəlməsi, mədə-bağırsaq traktının pozulması kimi hallara gətirib çıxarır. Eyni zamanda bu, insanda hətta 8 saatlıq yuxudan sonra da xroniki yorğunluq, tez yorulma, mürgüləmə, yuxusuzluq yaradır. Bütün bunlar immunitetin zəif olmasının ilkin əlamətləridir.

Professorun fikrincə, bütün bunları nəzərə alaraq, uşaqlara xüsusilə diqqət yetirmək lazımdır. Çünki hazırda ölkəmizdə 3 milyona qədər həddi buluğa çatmamış uşaq var.

Xəbər lenti
0