Ölkəyə soyuq silahlar keçirmək istəyən Rusiya vətəndaşı saxlanılıb

© Photo : DGK Mətbuat XidmətiSərnişinin çantasında 5 ədəd ov bıçağı aşkarlanıb
Sərnişinin çantasında 5 ədəd ov bıçağı aşkarlanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Onun şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib

BAKI, 2 mart — Sputnik. Moskva-Bakı aviareysilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsindən (DGK) Sputnik Azərbaycan-a verilən məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0