Sabunçuda 61 yaşlı kişi özünü asıb

© pixabay / ArtWithTammyİntihar kəndiri, arxiv şəkli
İntihar kəndiri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdəki çardaqdan asaraq intihar edib

BAKI, 2 mart — Sputnik. Sabunçu rayonunda intihar hadisəsi baş verib. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Məhəmmədi qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.

Orada yaşayan, 1957-ci il təvəllüdlü Şarif İlyas oğlu Tağıyev özünü həyətdəki çardaqdan asaraq intihar edib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər lenti
0