Türkiyədə elmi inqilab: Qanaxmanı dayandıran dərman tapıldı

Abunə olmaq
İstehsal mərhələsinə qədər gələn məhsul ilk olaraq cəbhədə döyüşən Türkiyə əsgərlərinə təqdim ediləcək

BAKI, 2 mart — Sputnik. Türkiyədə ixtisasca kimyaçı olan ər və arvad krevet (dəniz canlısı) qabığından əldə etdikləri maddəylə qanaxmanı dayandıran gel və sarğı bezi istehsal ediblər.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, türkiyəli kimyaçılar Koray Öztürk və xanımı Anıl Öztürk artıq istehsal mərhələsinə qədər gələn məhsulu ilk olaraq cəbhədə döyüşən Türkiyə əsgərlərinə təqdim etmək istəyirlər.

Cütlük deyir ki, gel və ya sarğı qanaxma olan yerə qoyularsa, qanın axması 30 saniyə ilə 1 dəqiqə arasında dayanır.

Qeyd edək ki, cütlük Türkiyədə özəl bir firmada çalışır.

Xəbər lenti
0